“Azərbaycan muzeylərində əlilliyi olan insanlar üçün bərabərliyin təşviq və təmin edilməsi” mövzusunda təlim keçirilib

“Azərbaycan muzeylərində əlilliyi olan insanlar üçün bərabərliyin təşviq və təmin edilməsi” mövzusunda təlim keçirilib

0 rəylər

Böyük Britaniyanın “Shape Arts”, “Goss Consultancy Limited” təşkilatları və “British Council Azerbaijan” tərəfindən “Azərbaycan muzeylərində əlilliyi olan insanlar üçün bərabərliyin təşviq və təmin edilməsi” mövzusunda təlim keçilib. Təlim çərçivəsində xarici mütəxəssislərlə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək, rəhbərlik etdiyi muzeyin inklüzivliklə bağlı təcrübəsini bölüşüb.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, o, muzeyin fəaliyyət istiqamətləri arasında fiziki məhdudiyyətli insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılmasının hər zaman önəmli yer tutduğunu bildirib. Qeyd edib ki, muzeydə təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin müxtəlif dillərdə xüsusi audioyazı və brayl şrifti ilə hazırlanan materiallar vasitəsilə, surdo tərcüməçinin köməyi ilə tanış olmaq mümkündür. Şirin xanım ekspozisiyada əlil arabalarının maneəsiz hərəkəti üçün hər cür şəraitin olduğunu, həmçinin muzeyin Ənənəvi texnologiya və Təhsil şöbələrinin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərslər keçdiyini vurğulayıb. Bu il Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinin inklüziv proqramını öz daimi ekspozisiyasında tətbiq edəcəyini diqqətə çatdırıb. Son dövrlər muzeyin reallaşdırdığı virtual tur layihəsində də fiziki imkanları məhdud şəxslərin diqqətdən kənarda qalmadığını, videoların surdo tərcümə ilə müşayiət olunduğunu bildirib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)