Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti İçərişəhərlə tanış olub

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti İçərişəhərlə tanış olub

0 rəylər

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndə heyəti iyunun 8-də İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalasının qeyri-adi memarlıq özəllikləri, burada konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq nümayəndə heyətinin üzvlərində böyük maraq doğurub.

Gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir və Xəzər dənizindən, şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)