Anna Netrebko və Yusif Eyvazov Buenos-Ayresdə konsert proqramı ilə çıxış edəcəklər

Anna Netrebko və Yusif Eyvazov Buenos-Ayresdə konsert proqramı ilə çıxış edəcəklər

0 rəylər

Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 12-də və 15-də Buenos-Ayresdə Kolon Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC teatrın saytına istinadla a xəbər verir ki, konsertdə C.Verdi, R.Leonkavallo, Cakomo Puççini və P.Maskanyinin əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)