Anar Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda olub

Anar Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda olub

0 rəylər

Anar Kərimov səfər çərçivəsində Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutuna baş çəkib. Burada İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri və Mədəniyyət İnstitutunun prezidenti Murodjon Buriboyev A.Kərimova qurumun fəaliyyəti ilə bağlı geniş məlumat veriblər. 1995-ci ildən fəaliyyət göstərən Mədəniyyət İnstitutunun əsas məqsədinin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etmək olduğu vurğulanıb. Xüsrav Noziri A.Kərimovun səfərinin gələcəkdə Azərbaycanın Mədəniyyət İnstitutuna da üzv olacağına töhfəsini verəcəyinə ümidvar olduğunu vurğuladı. Mədəniyyət  naziri bu institutun fəaliyyəti ilə bağlı təqdim olunan ətraflı məlumata görə minnətdarlığını bildirib. Qurumun çoxşaxəli fəaliyyətinin önəmindən bəhs edib. 

Həmçinin Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən olduğunu bildirərək, Mədəniyyət İnstitutuna da ölkəmizin üzvlüyünün nəzərdən keçiriləcəyini bildirib. Müştərək  mədəni irs, humanitar sahələrdə sıx əməkdaşlıq, mədəni mübadilə proqramlarının, muzey və digər yönlərdə əmədaşlığın dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)