ADGTT-da premyera...

ADGTT-da premyera...

0 rəylər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın son hazırlıq işləri yekunlaşmaq üzrədir. Medeniyyet.info teatrın mətbuat xidmətinə istinadən bildirir ki, ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edən kollektiv tamaşanı fərqli yozumda təqdim edir. Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunmuşdur. Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşada Respublikanın Əməkdar Artistləri Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər. Tamaşanın premyerası oktyabr ayının 27-də saat 1500-da baş tutacaqdır.

Samirə