Abşeron rayon musiqi məktəbinin kollektivi İsmayıllıda konsert proqramı ilə çıxış edib

Abşeron rayon musiqi məktəbinin kollektivi İsmayıllıda konsert proqramı ilə çıxış edib

0 rəylər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi məktəbinin kollektivi İsmayıllı şəhər F.Əzimov adına Uşaq İncəsənət Məktəbində konsert proqramı ilə çıxış edib.

Tədbir regional mədəniyyət idarələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Xırdalan şəhər Onbirillik Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov çıxış edərək bu kimi tədbirlərin musiqi məktəbləri arasında sıx münasibətlərin yaranmasında, şagirdlərin bədii-estetik zövqünün formalaşmasında, onların yaradıcılıq bacarıqlarının inkişafında əhəmiyyətli rolundan danışıblar.

Sonra məktəb şagirdlərinin ifaları dinlənilib. Konsertdə məktəbin xalq çalğı alətləri, fortepiano və xanəndəlik ixtisası üzrə şagirdlərinin ifasında muğamlar, segahlar, xalq və bəstəkar mahnıları, habelə xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)