Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş konsertdə Akademik Musiqili Teatrının solisti çıxış edib

Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş konsertdə Akademik Musiqili Teatrının solisti çıxış edib

0 rəylər

TÜRKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "2020 – Abay Kunanbayevi anma ili" konsert proqramının təntənəli açılış mərasimi keçirilib.

Türk Dünyasının bir çox tanınmış opera ulduzlarının böyük coşqu ilə çıxış etdiyi tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Eleonora Mustafayevanın Türkiyənin “Cümhurbaşkanlığı simfonik orkestri”nin müşayiəti ilə qazax dilində ifa etdiyi A.Kunanbayevin “Jelsiz tünde jarık ay” (“Rüzigarsız gecədə parlaq ay”) əsəri də  hamı  tərəfindən alqışlarla qarşılanıb.

Mərasimin yekununda müxtəlif ölkələrdən olan tanınmış solistlərlə birlikdə Eleonora Mustafayeva da TÜRKSOY-un baş katibi tərəfindən mükafatlandırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu konsertdə iştirak edən E.Mustafayeva mükfata layiq görüldüyü üçün TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)