Yer sakinləri “qanlı” və mavi Ayın fotoşəkillərini paylaşıblar

Yer sakinləri “qanlı” və mavi Ayın fotoşəkillərini paylaşıblar

0 rəylər

Planetimizin sakinləri yanvarın 31-də unikal astronomik hadisənin şahidi olub – həmin gün Ay tutulması super Ay və bədrləmiş Ay ilə üst-üstə düşüb. Dünyanın müxtəlif nöqtələrində bu hadisəni müşahidə edən insanlar ecazkar astronomik mənzərənin fotoşəkillərini sosial şəbəkələrdə paylaşıblar.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dünən Ay Yerə maksimum dərəcədə yaxınlaşıb və onun kölgəsi ilə örtülüb. Belə Ay tutulması “qanlı” Ay adlanır. Bədrləmiş Ay Yerə 362 min kilometrdən də az məsafədə yaxınlaşanda, super Ay (periqeya) hadisəsi baş verir. Bu zaman Yerin təbii peykinin ölçüsü adi vaxtlarda olduğuna nisbətən 8 faiz böyük görünür, onun özü isə sarımtıl-mavidən tutmuş qırmızı-qonura qədər müxtəlif rənglərə boyanır.

Ay tutulmasının tam siklini Şərqi Avropada, Şərqi Afrikada, Asiyada, Avstraliyada, Sakit Okeanda və Şimali Amerikada müşahidə etmək mümkün olub. Super Ay hər il təkrarlansa da, bu iki hadisənin eyni vaxta təsadüf etməsi nadir hadisələrdən sayılır.

ABŞ-ın kosmik agentliyi NASA Los-Ancelesdəki tədqiqat mərkəzinin teleskopu vasitəsi ilə super Ayı canlı yayımda nümayiş etdirib.

XXI əsrdə növbəti və ən uzun sürən tam Ay tutulması iyulun 27-də baş verəcək və böyük Mars qarşıdurması hadisəsi ilə üst-üstə düşəcək.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)