“Yasnaya Polyana” mükafatının qısa siyahısı açıqlanıb

“Yasnaya Polyana” mükafatının qısa siyahısı açıqlanıb

0 rəylər

Rusiyanın “Yasnaya Polyana” ədəbiyyat mükafatının “Müasir rus prozası” nominasiyasında qısa siyahısı açıqlanıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qısa siyahıya altı yazıçının əsərləri daxildir. 

Siyahıda Andrey Astvasaturovun “Qutanları yemləməyin və onlara toxunmayın”, Sergey Belyakovun “Xalqların baharı”, Kseniya Bukşanın “Çurov və Çurbanov” romanları, eləcə də Sofiya Siniskayanın, Saşa Filipenkonun və Yevgeniya Çijovun əsərləri daxildir.

“Müasir rus prozası” müasir müəlliflərin insansevərlik ideyaları daşıyan əsərlərinə verilir. Nominasiyanın bu il üçün mükafat fondu 3 milyon rubl təşkil edir. 

“Yasnaya Polyana” ədəbiyyat mükafatı 2003-cü ildə təsis olunub. 


Paylaş: