Turist axınının aşağı düşməsi səbəbindən Kanar adalarının itkiləri 12 milyard avro təşkil edir

Turist axınının aşağı düşməsi səbəbindən Kanar adalarının itkiləri 12 milyard avro təşkil edir

0 rəylər

Kanar adaları hökumətində turizm məsələləri üzrə müşavir Yaisa Kastilya region iqtisadiyyatına vurulan zərbənin yüngülləşdirilməsinə dair bir sıra tədbirlər təklif edib.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, analitiklərin proqnozlarına görə, bu il Kanar adalarına xarici turistlərin axını 80 faiz azalacaq. Nəticədə arxipelaq 12 milyard itirəcək və ÜDM 28 faiz aşağı düşəcək, həmçinin 133 min insan işsiz qalacaq.

Y.Kastilya turizm sahəsi üçün bu çətin şəraitdə turizm şirkətlərini maliyyə və digər resurslarla dəstəkləməyi təklif edir. Bundan başqa, o, Kanar adalarını özünəməxsus “beynəlxalq turist laboratoriyası”na çevirməyi məsləhət görür.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)