Teylor Svift “American Music Awards”ın qalibi seçilib

Teylor Svift “American Music Awards”ın qalibi seçilib

0 rəylər

Amerikalı müğənni Teylor Svift “American Music Awards 2020” müsabiqəsində ilin ən yaxşı ifaçısı (Artist of the Year) mükafatını qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

30 yaşlı Teylor Svift onqat “Grammy” və otuzqat “American Music Awards” mükafatçısıdır. 2019-cu ildə “Forbes” jurnalı onu ilin ən bahalı sənətçisi elan edib. Həmin il Teylor Svift 185 milyon dollar qazanıb. Ötən il “Time” jurnalı Teyloru dünyanın yüz nüfuzlu şəxsləri siyahısına daxil edib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)