Süni intellekt sistemi musiqi kompozisiyaları təşkil edəcək

Süni intellekt sistemi musiqi kompozisiyaları təşkil edəcək

0 rəylər

“Sony” şirkətinin “CSL Research” laboratoriyasının tədqiqatçıları 2017-ci ilədək süni intellekt sistemi tərəfindən təşkil edilmiş kompozisiyalardan ibarət albom hazırlamağı planlaşdırırlar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu yaxınlarda dünya ictimaiyyətinə məşhur “The Beatles” musiqi qrupunun tərzinə uyğun olan “Daddy's Car” və “Mister Shadow” kompozisiyaları təqdim edilib.

“FlowMachines” adlanan sistem mahnı və musiqi kompozisiyalarının ümumi bazasında təlim prosesi keçərək müxtəlif musiqilərin əsas xüsusiyyətlərini öyrənib. Tərzlərin qeyri-adi kombinasiyalarını təşkil edən sistem hər hansı bir ifaçının şəxsi kompozisiyalarını yarada bilir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)