Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət vinil qrammofon valı buraxılıb

Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət vinil qrammofon valı buraxılıb

0 rəylər

Rusiyanın “Melodiya” səsyazma şirkəti Müslüm Maqomayevin mahnılarından ibarət vinil qrammofon valı buraxıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Müslüm Maqomayevin anım günündə buraxılan musiqi valında ifaçının 1960-1980-ci illərdəki mahnıları yer alıb. Onun ifasında Polad Bülbüloğlu, Mark Fradkin, Arkadiy Ostrovski və digər sovet bəstəkarlarının mahnıları, eyni zamanda, ifaçının özü bəstələdiyi “Mavi əbədiyyət” kompozisiyası səslənir.

Qeyd olunub ki, mahnıların çoxu – “Mənim Bakım”, "Bənövşələr", "Dünyanın ən yaxşı şəhəri", "Xəyallar, xəyallar" və digərləri məhz Müslüm Maqomayev üçün bəstələnib.

Qeyd edək ki, mahnıların rəqəmsal versiyasına “Spotify”, “Яндекс.Музыка”, “YouTube”, “Apple Music” platformalarında dinləmək olar.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)