“Qızıl qlobus”un laureatları açıqlanıb

“Qızıl qlobus”un laureatları açıqlanıb

0 rəylər

“La-La Lend” filmi  “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında “Qızıl qlobus” mükafatını alıb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, film “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor işi, musiqi  və orijinal mahnı” nominasiyalarında da mükafata yiyələnib. Əsas rolların ifaçıları Rayan Qoslinq və Emma Stoun da “Qızıl qlobus”a layiq görülüblər. 


”Ən yaxşı dramatik film” adına “Ay işığı”, “Dəniz sahilində Mançester” filmində rol alan Keysi Afflek “Ən yaxşı drama aktyoru”, “O” filmində  rol alan İzabel Yupper “Ən yaxşı drama aktrisası” adını qazanıblar. 


“Tac” filmi “Ən yaxşı dramatik serial”, “Zveropolis” isə “Ən yaxşı animasiya  filmi” seçilib.


Sayca 74-cü “Qızıl qlobus” mükafatının təltifetmə mərasimi Los-Anceles şəhərində keçirilib. 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)