Misir və Azərbaycan arasında mədəni əlaqələrin perspektivləri müzakirə edilib

Misir və Azərbaycan arasında mədəni əlaqələrin perspektivləri müzakirə edilib

0 rəylər

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin mədəniyyət naziri İnes Əbdel-Dayim ilə görüşündə iki ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, misirli nazir Azərbaycanla əlaqələrin, o cümlədən mədəni əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, COVID-19 pandemiyası şəraitində mədəni əlaqələrin inkişafı istiqamətində müasir texnoloji platformalardan istifadə etməklə qarşılıqlı müzakirələr aparmaq mümkündür.

Səfir T.Rzayev dost Misirlə mədəni əlaqələrin inkişafının zəruriliyini vurğulayıb və diqqətə çatdırıb ki, bu məqsədlə dekabrda paytaxt Qahirə və Şarm əl-Şeyxdə azərbaycanlı rəssamların sərgiləri təşkil ediləcək.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)