Məşhur Rusiya aktyoru və rejissor Valentin Qaft vəfat edib

Məşhur Rusiya aktyoru və rejissor Valentin Qaft vəfat edib

0 rəylər

Rusiyanın Xalq artisti, məşhur teatr və kino aktyoru, rejissor Valentin Qaft dekabrın 12-də vəfat edib.

AZƏRTAC xəbər verir ki, son illər Moskvanın “Sovremennik” teatrının aktyoru olmuş Valentin Qaft 85 yaşında insultdan dünyasını dəyişib.

Müsahibələrindən birində o, Azərbaycan və ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşərək deyib ki, Bakı onun yadında dünyanın ən gözəl şəhərlərindən biri kimi qalıb. “Bu şəhər mənə o qədər yaxındır ki, onu öz şəhərim sayıram”, - deyə o bildirib.

Aktyor ümummilli lider Heydər Əliyev ilə görüşünü belə xatırlayıb: “Heydər Əliyevin teatr sənətinə yaxından bələd olması, dramaturgiyaya münasibəti məni heyran etdi. Elə təəssürat yaranırdı ki, mən peşəkar sənətşünas, teatr xadimi ilə söhbət edirəm. Mənə və Heydər Əliyevə barədə Rusiyada və xaricdə çəkilmiş bir neçə filmi səsləndirmək nəsib olub. Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, onun barədə fikirləri kiçik müsahibə çərçivəsində söyləmək mümkün deyil. O, mənim xatirimdə müstəsna dərəcədə də istedadlı, ağıllı və gözəl insan kimi qalıb”.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)