“Grammy” mükafatının qalibləri məlum olub

“Grammy” mükafatının qalibləri məlum olub

0 rəylər

Nyu-Yorkda musiqi dünyasının ən nüfuzlu mükafatlarından sayılan “Grammy”nin 60-cı təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ifaçı Bruno Mars bir neçə nominasiyada “Grammy” mükafatı qazanıb. Onun “That's What I Like” adlı mahnısı “İlin ən yaxşı mahnısı” seçilib. Bundan başqa, onun “24 K Magic” albomu da “İlin ən yaxşı albomu” nominasiyasında qalib olub. Bruno Mars “Ən yaxşı səsyazma” nominasiyasında da mükafata sahib olub.

“Ən yaxşı klassik instrumental solo ifa” nominasiyasında birinci yerə rus pianoçu Daniil Trifonov layiq görülüb. “Ən yaxşı pop ifa” nominasiyasında Ed Şiran qalib olub. Aktrisa Kerri Fişer ölümündən sonra “Ən yaxşı sözlü albom” nominasiyasında qalib olub. Mükafat ən yaxşı poetik seçmələrə və ya audiokitablara görə verilir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)