Fransalı aktyor Klod Jiro vəfat edib

Fransalı aktyor Klod Jiro vəfat edib

0 rəylər

“Anjelika” haqqında çəkilən silsilə filmlərdəki markiz Filip de Plessi-Belyer roluna görə tanınan fransalı aktyor Klod Jiro ömrünün 84-cü ilində vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın “La Montagne” qəzeti məlumat yayıb.

Məlumatda ölümün səbəbi göstərilməyib. Klod Jiro 1936-cı ildə Fransanın mərkəzində yerləşən Şamalyes kommunasında anadan olub. Aktyor 1958-ci ildə “Fırıldaqçılar” filmilə debüt edib. Həmin filmdə o, Jan-Pol Belmondo ilə səhnəni bölüşüb.

Klod Jiro həmçinin Lui de Fyüneslə birgə “Ravvin Yakobun macəraları” (1973) komediyası və “Lənətə gəlmiş padşahlar” (1972) mini-serialı ilə də tanınıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)