"Azərbaycan Tarixi 5 dəqiqədə" - Milli Animasiya Filmi

"Azərbaycan Tarixi 5 dəqiqədə" - Milli Animasiya Filmi

0 rəylər

"Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin Milli Tarixi Filmləri Festivalı" layihəsi çərçivəsində "Azərbaycan Tarixi 5 dəqiqədə" – Milli Animasiya Filmi hazırlanıb.  

Filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim və zəngin milli tarixini ən qədim dövrlərdən müasir tarixə kimi 5 dəqiqə ərzində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəssislər cəlb olunub və müxtəlif tarixi mənbələrdən istifadə olunub. Azərbaycan tarixi qədimdən ən yeni tarixə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər) qısa metrajli animasiya filmi Azərbaycanın tarixi ərazisində formalaşan dövlətləri və onların ərazilərini xüsusi animasiya effektləri ilə təsvir edir.   

İnanırıq ki, bu film tədris müəsisələrində əhəmiyyətli vizual material kimi tədris prosesində geniş istifadə olunacaq. İngilis dilində olan versiya da yaxın zamanlarda ictimailəşdiriləcək. 

Filmin Linki

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)