Arvo Pyart dünyada əsərləri ən çox ifa olunan ikinci bəstəkardır

Arvo Pyart dünyada əsərləri ən çox ifa olunan ikinci bəstəkardır

0 rəylər

Dünyada səkkiz il ardıcıl olaraq mahnıları ən çox ifa olunan məşhur bəstəkar, estoniyalı Arvo Pyart ötən il reytinqdə birinciliyi amerikalı bəstəkar Con Uilyamsa verib.

AZƏRTAC klassik musiqi saytı “Bachtrack”in məlumatına əsasən xəbər verir ki, 2019-cu ildə dünyada əsərləri ən çox ifa olunan müasir bəstəkarların sırasında Con Uilyams, Arvo Pyart, Ceyms Makmillan, Filip Qlass, Con Adams, Dyörd Kurtaq, Erik Uitakr, Con Ratter, Tomas Ades və Stiven Rayx yer alıblar.

Sayt hər il hər bir bəstəkarın əsərlərinin neçə dəfə ifa olunması ilə bağlı statistik təhlil aparır. Daha çox əsərləri ifa olunan bəstəkarlar Bethoven, Motsart, İ.S.Bax, Brams, Şubert, Çaykovski, Şuman, Haydn, Şopen və Mendelson olublar.

“Bachtrack”, eyni zamanda “ən çalışqan” dirijorlara, orkestrlərə və daha çox yerinə yetirilən fərdi əsərlərə dair statistik məlumatlar da dərc edir.

Ötən il dünyanın ən məhsuldar dirijorları siyahısında estoniyalı Paavo Yarvi üçüncü, latviyalı dirijor Andris Nelsons isə birinci yerə layiq görülüblər.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)