Amerikalı aktrisa Siseli Tayson vəfat edib

Amerikalı aktrisa Siseli Tayson vəfat edib

0 rəylər

Amerikalı aktrisa Siseli Tayson ömrünün 97-ci ilində vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Siseli Tayson 1924-cü ildə ABŞ-da anadan olub. Aktrisa bir çox film və seriallarada çəkilib, həmçinin Sovetlər Birliyi və ABŞ arasında birgə istehsal edilən “Mavi quş” (1976) ekran əsərində, “Qulluqçu” (2011) filmində və “Törədilən qətlə görə cəzadan necə qurtulmaq olar” (2014-2020) serialında rol alıb. Bir neçə dəfə “Oskar” mükafatlarına namizədliyi irəli sürülüb. Aktrisa həmçinin ikiqat “Emmy” mükafatının sahibidir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)