ABŞ-ın Milli Film Reyestrinin siyahısına 25 ekran əsəri daxil edilib

ABŞ-ın Milli Film Reyestrinin siyahısına 25 ekran əsəri daxil edilib

0 rəylər

ABŞ-ın Konqres Kitabxanası Milli Film Reyestrini genişləndirərək siyahısına 25 ekran əsəri daxil edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi yenilənən kitabxananın veb-saytındakı siyahısında, xüsusilə “Saat mexanizmli portağal” (A Clockwork Orange, 1971), “Shrek” (Shrek, 2001), “Qara cəngavər” (The Dark Knight, 2008) filmləri yer alıb.

Konqres Kitabxanasının direktoru Karla Hayden “Variety” jurnalına verdiyi müsahibəsində bildirib ki, reyestr Amerika cəmiyyətini əks etdirmək və 1890-cı ildə yaranan Amerika kinematoqrafiyasının qobelenini təmsil etmək məqsədi daşıyır. Reyestrə həmçinin mədəni, tarixi və estetik əhəmiyyətə malik olan filmlərin, eyni zamanda, 10 il bundan əvvəl çəkilən lentlərin də daxil edilməsi gözlənilir.

Qeyd olunub ki, bu il siyahıya doqquz qadın və yeddi qaradərili rejissorlar tərəfindən çəkilən ekran əsərləri əlavə edilib.

Reyestrə ümumilikdə 1913-2010-cu illər ərzində müxtəlif janrlarda çəkilmiş 25 film daxil edilib. Onlar arasında “Piy” (Grease, 1978), “Bluz qardaşları” (The Blues Brothers, 1980), “Buena vista klubu” (Buena Vista Social Club, 1998) və “Qasırğa hökmdarı” (The Hurt Locker, 2008) lentləri də vardır.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)