“Mədəniyyət.AZ” jurnalının Azərbaycan Cümhuriyyətinə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

“Mədəniyyət.AZ” jurnalının Azərbaycan Cümhuriyyətinə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

0 rəylər

AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, baş redaktor Zöhrə Əliyeva jurnala yazdığı “Ön söz”də belə vurğulayır: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azadlıq estafetini yenidən ləyaqətlə daşıyan bir xalq, dövlət və millət olaraq bu yenilməz ruhu əbədiyyən içimizdə daşımaq və əməllərimizdə gerçəkləşdirmək gücünü verir bizə müstəqilliyimizin əsrlik tarixi! Dərgimizdə bu tarixin müxtəlif məqamlarına işıq tutmağa çalışdıq. Sətirbəsətir oxuduqca Cümhuriyyət qurucuları, onların gördüyü işlər, məfkurə azadlığı və iradəsi, müstəqillik uğrunda apardıqları möhtəşəm mücadilə, xarakter bütövlüyü, yenilməzliyi, cəsarət və inam bizi hər dəfəsində yenidən valeh etdi, fikirlərinin genişliyi, uzaqgörənliyi, ideallarının müqəddəsliyi, düşüncələrinin miqyası və vüsəti qarşısında baş əydik! Təbii ki, belə fenomen şəxsiyyətlərin, Şərqin ən çağdaş, ən qabaqcıl fikir sahiblərinin övladları da məhz Cümhuriyyət varisləri – 70 ildən sonra ikinci dəfə istiqlaliyyət qazanan insanlar olacaqdı!”

Ardını Oxu