“Mədəniyyət.AZ” jurnalı oxucularla görüşə gəlib

“Mədəniyyət.AZ” jurnalı oxucularla görüşə gəlib

0 rəylər

“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Nəşrin yeni nömrəsində oxucular ilk səhifələrdə ölkə Prezidentinin mədəniyyət sahəsinə göstərdiyi diqqət vurğulanıb, bu addımların əhəmiyyətindən söz açılıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılarından biri olan Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti xatırlanıb. Jurnalın səhifələrində Aprel qələbələrini xatırlamaqla yanaşı, Ağdaban, Kəlbəcər adlı itkilərimizin ildönümləri bir daha yada salınıb.

“Nəsimi ili” ilə əlaqədar şairin yaradıcılığının ən gözəl tədqiqatçılarından olan Səadət Şıxıyeva maraqlı məqaləsi ilə oxucuların görüşünə gəlib. Jurnalın ədəbi ovqatı bununla məhdudlaşmır – şəxsiyyəti və yaradıcılığı hər zaman ehtiram doğuran İsmayıl Şıxlı haqqında oğlu Elçin Şıxlı ilə olan maraqlı söhbət oxucuları məmnun edəcək.

Jurnalın musiqiyə köklənmiş səhifələrində Aydın Əzimovun təkrarsız düşüncə və ifadə “səsini eşidəcəksiniz”.

Ardını oxu


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)